Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə iştirak üçün Milli Qvardiya üzvlərinə ödənişləri iki dəfədən çox artırıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya prezidenti fərman imzalayıb.
Beləliklə, Milli Qvardiyanın üzvləri indi birdəfəlik ödəniş kimi 400 min rubl (6,516 manat) alacaqlar (2022-ci ilin noyabrından 195 min rubl alırdılar).
Qeyd edək ki, noyabrda Rusiya hakimiyyəti hərbçilər üçün pul mükafatlarının ödənilməsi sistemini dəyişib.