Əgər Putinin başına bir iş gəlsə, o zaman Rusiyanın bütün strukturu bir gündə çökə bilər. Eynilə Stalinin başına gələnlər kimi. O da yaxın ətrafı hesab etdiyi adamlardan kömək almadan dünyasını dəyişdi. Və ondan sonra stalinizm pisləndi, şəxsiyyətə pərəstiş ictimai şəkildə səhv kimi tanındı.
AzerTimes xəbər verir ki, bunu erməni siyasi şərhçi Razmik Akopcanyan deyib.
“Eyni şey indi də olacaq. Putinizm pislənəcək, rədd ediləcək və Rusiyada “Xruşşovun əriməsi”nə bənzər bir məqam başlayacaq. Amma biz dəyişikliyi tutmağı bacarmalıyıq. Bu, şübhəsiz ki, təkcə Rusiyaya deyil, bütün dünyaya təsir edəcək. Ermənistan fürsətdən istifadə edib Qarabağ məsələsini yenidən gündəmə gətirməyə çalışmalıdır. Putinin ölümü ermənilər üçün böyük perspektivlər açır”, – o bildirib.