Rusiya Prezidenti Vladimir Putin ABŞ-la məhbusların mübadiləsi çərçivəsində ölkəyə qaytarılan şəxsləri azadlığa buraxıb.
AzerTimes xəbər verir ki, bu barədə Putin fərman imzalayıb.
Fərmana əsasən, Pol Uilan, Kevin Lik, Evan Gerşkoviç, Demuri Voronin, Vladimir Kara-Murza, Alsa Kurmaşeva, Liliya Çanışeva, Vadim Ostanin, Kseniya Fadeyeva, Aleksandra Skoçilenko, İlya Yaşin, Andrey Pivovarov və Oleq Petrov əfv edilib.
Qeyd edək ki, ötən gün Rusiya və ABŞ arasında Türkiyənin paytaxtı Ankarada hava limanında məhbus mübadiləsi baş tutub.