Rusiyadan Belarusa nüvə silahının yerləşdirilməsinə başlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Belarusda saxlanılma yeri və digər məsələlərin hazırlanması lazım idi. Hamısını etdik. Ona görə də, nüvə sursatlarının yerləşdirilməsinə başlanıldı”, – deyə dövlət başçısı bildirib.