Almaniya kansleri Olaf Şols və Fransa Prezidenti Emmanuel Makron anlaya bilmir ki, niyə Rusiya lideri Vladimir Putinin Qərbin sanksiyalarından narahat deyil.
AzerTimes xəbər verir ki, bu sözləri amerikalı jurnalist Cekson Hinkl qeyd edib.
“Şolts və Makron Putinin sanksiyalardan dolayı narahat olmamasına görə qəzəbləniblər. Onlarla görüşdə belə Putin hətta bu məhdudlaşdırıcı tədbirləri xatırlatmadı. Makron nə baş verdiyini anlamır”, – deyə o qeyd edib.
Hinkl bildirib ki, Putinin Qərbin iqtisadi təzyiqlərindən narahat olmamasının səbəbi ABŞ və Avropanın bununla özlərinə zərər verməsini düşünməsidir.