Prezidentin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə mülki məmur təyin etməsini yeniliklərin tətbiqi zərurəti ilə izah edib.
AzerTimes xəbər verir ki, bu barədə Peskov mediaya açıqlamasında deyib.
O bildirib ki, bu gün döyüş meydanında yeniliyə, ən sürətli tətbiqə daha açıq olan qalib gəlir.
O vurğulayıb ki, Andrey Belousov təkcə mülki məmur deyil, həm də Rusiyanın İqtisadi İnkişaf Nazirliyinə çox uğurla rəhbərlik etmiş, uzun müddət prezidentin iqtisadi məsələlər üzrə köməkçisi olmuş, eyni zamanda Baş nazirin birinci müavini olmuş şəxsdir.
Kreml nümayəndəsi qeyd edib ki, Müdafiə Nazirliyi innovasiyalara, bütün qabaqcıl ideyaların tətbiqinə tamamilə açıq olmalıdır, iqtisadi rəqabət üçün şərait yaratmalıdır:
“Prezident buna görə Andrey Removiç Belousovun namizədliyini seçdi”.