
Moskva Tehrana Baş nazir Benyamin Netanyahunun İsrailin İranla müharibəni bərpa etməkdə maraqlı olmadığına dair mesajını çatdırıb.
AzerTimes xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Arakçı deyib.
“Üç-dörd gün öncə Rusiya Prezidenti Vladimir Putin və Netanyahu arasında telefon danışığı olub. Ertəsi gün Moskvadakı səfirimiz Prezident Administrasiyasından Netanyahudan ölkəmizlə yeni müharibə istəmədiyini bildirən mesaj alıb”, – Arakçı qeyd edib.

