Rusiya Prezidenti Vladimir Putin bir daha ruslar arasında alkoqolizm probleminə diqqət çəkib, onun həlli yolları ilə bağlı məsləhətlər verib.
AzerTimes xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“İnsanların məşğul olacaqları nəsə olmalıdır. Əminəm ki, bu, maraqlı bizneslə məşğul olmaq, hobbilərinizi inkişaf etdirmək imkanıdır. Bu, son dərəcə vacibdir, mütləq şəkildə kömək edəcəkdir”, – o bildirib.