Putin “nələr edə biləcəyini” Qərbə göstərdi

Putin “nələr edə biləcəyini” Qərbə göstərdi

Rusiya START (Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər) müqaviləsində iştirakı dayandırır: ABŞ və Rusiya arasında 2010-cu ildə imzalanan, 2021-ci ildə daha beş il uzadılan anlaşma hər iki ölkənin strateji nüvə başlıqlarının sayını məhdudlaşdırır.

Rusiyanın bu gedişi nüvə silahından istifadə ediləcəyini də aktuallaşırır, hərçənd, Putinin etdiyi hələ də “strateji çəkindirmə” taktikasına oynamaq və Qərbin Ukrayna müharibəsinə müdaxiləsinin qarşısını kəsmək, ən azı azaltmaqdır.

Birincisi, Rusiya START-da iştirakını dayandırsa da, sazişdən çıxmır;

İkincisi, Putin “nüvə silahı sınaqlarının bərpa edilməsinə hazırlıq” tapşırığını verib, lakin sınaqlar ABŞ bunu edəcəyi təqdirdə, keçiriləcək;

Beləliklə, Putin praktiki addıma getmir, Qərbə Rusiyanın edə biləcəklərinin mesajını verir. Ukraynanın silahlandırılmasının sürətlənməsi fonunda təsadüfi deyil və görünür, müharibə mərhələsində danışıqlar mərhələsinə keçidə çalışan Rusiyanın indi edə biləcəyi hələ ki, bundan ibarətdir. Bu, Ukraynaya işğalçı hücumun bir illiyi ərəfəsində, o cümlədən, Baydenin Kiyev səfərinə cavab olaraq, Rusiyaya “əzələ nümayişi” baxımından da lazımdır.

Rusiyanın bu addımı Soyuq müharibə şərtlərini yenidən aktullaşdıra və Soyuq müharibədən sonrakı beynəlxalq təhlükəsizlik sisteminin yenidən qurulmasına zəmin yarada bilər: birinci (Soyuq müharibə şərtləri) ABŞ-a sərf edir, bununla “azad dünya” üçün Amerikanın xilaskarlıq rolunu gücləndirə bilər; ikinci (yeni sistemin qurulması) Rusiyaya sərfəlidir, çünki ruslar Soyuq müharibədən sonrakı şərtlərin dəyişməsini, “qlobal güc” olaraq qəbul edilməsini istəyir.

Teqlər: