Putin nə qədər güclü olduğumuzu görəcək – Habek

Putin nə qədər güclü olduğumuzu görəcək – Habek

Almaniya Rusiyanın Şimal Axını-2 qaz kəmərinin istifadəyə verilməsinə qarşıdır. Çünki bu addım Rusiyadan asılılığın artması və Avropanın ağ bayrağı qaldırması hesab oluna bilər.

AzerTimes xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri Robert Habek deyib.

“Almaniya indiyə qədər qaz böhranından kifayət qədər yaxşı çıxıb. Biz güclü ölkəyik, insanlar arasında güclü qarşılıqlı əlaqəyə malikik. Putin də bizim nə qədər güclü olduğumuzu görəcək”.

Qeyd edək ki, Avropa Komissiyası gələn ilin yazına qədər Avropada qaz istifadəsini 15% azaltmaq üçün yeni qanunvericilik planını təklif edib.

Teqlər: