Putin nadir hallarda eyni səhvi təkrarlayır – MKİ zabiti

Putin nadir hallarda eyni səhvi təkrarlayır – MKİ zabiti

Əslində müharibə yalnız Ukrayna tərəfi üçün ekzistensial xarakter daşıyır. Bir il əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukraynaya müdaxilə ilə tez bir zamanda bu ölkənin dağılacağına ümid edərək səhv etdi. Putin hələ də kəşfiyyatçı kimi düşünür. Kəşfiyyatçılar nadir hallarda eyni səhvi iki dəfə edir.

AzerTimes xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməliyyatlar üzrə istefada olan zabiti Duqlas London bildirib.

“Ola bilsin ki, Putin ağır itkilərdən dolayı ruhdan düşməsin, lakin onlar Kremli utandırır və Rusiyanın gücü və hərbi qüdrəti haqqında mifləri məhv edir. Rusiya təkcə kənd sakinlərini və etnik azlıqların nümayəndələrini deyil, həm də şəhər sakinlərini – siyasi bazasını səfərbər etməyə məcbur olanda təzyiq güclənəcək”, – o qeyd edib.

D.London həmçinin söyləyib ki, Moskva rublu möhkəmləndirmək və öz enerji resurslarına alıcı tapmaq üçün böyük səylər göstərir, amma daha az qazanc əldə edir və pul itirir.

Teqlər: