Həm MDB məkanında, həm də qonşu regionlarda vəziyyətin sabitliyinin pozulmasının qarşısını almaq lazımdır.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin müşavirəsinə göndərdiyi məktubda qeyd edib.
“Bunun üçün, əvvəlki kimi, kollektiv təhlükəsizliyə hər hansı mənfi tendensiyaları və potensial təhlükələri müəyyənləşdirmək, onların inkişafını proqnozlaşdırmaq, məlumat və iş təcrübəsi mübadiləsi aparmaq lazımdır. Artıq 20 ildir ki, belə görüşlər aktual, peşəkar məsələlərin müzakirəsinə, MDB ölkələrinin daxili və xarici təhlükələrdən qorunmasına yönəlmiş həll yollarının birgə işlənib hazırlanmasına, kəşfiyyat xidmətləri arasında əməkdaşlığın yeni forma və mexanizmlərinin qurulmasına imkan verib”, – Putin bildirib.