Ukrayna bu gün NATO-ya əvvəlkindən daha yaxındır.
AzerTimes xəbər verir ki, bu açıqlama ilə NATO Baş katibi Yens Stoltenberq çıxış edib.
Onun sözlərinə görə, Ukraynanın Alyansa daxil olması artıq zaman məsələsidir:
“Putin bu müharibəyə NATO-nun qapılarını bağlamaq və Ukraynanın öz yolunu seçmək hüququnu əlindən almaq üçün başladı. Amma o, bunun tam əksinə nail oldu. Ukrayna indi NATO-ya əvvəlkindən daha yaxındır və NATO-ya üzv olacaq”.