Putin: Müharibənin bitmə vaxtından danışmağa dəyməz!

Putin: Müharibənin bitmə vaxtından danışmağa dəyməz!

Ukraynada xüsusi əməliyyat (Rusiyanın Ukraynaya hərbi müdaxiləsi – red.) plan üzrə gedir, onu hansısa müddətə uyğunlaşdırmaq düzgün deyil, Rusiya qoşunları öz məqsədlərinə çatır.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.

“Biz sakit işləyirik, qoşunlar hərəkət edir, qarşıya qoyulan vəzifələrə çatır. Hər şey plan üzrə gedir”, – Putin jurnalistlərə deyib.

O qeyd edib ki, müharibənin nə zaman sona çatacağı barədə danışmağa dəyməz.

Teqlər: