Rusiya Prezidenti Vladimir Putin Ukraynada uzunmüddətli müharibə strategiyasına keçib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns deyib.
“Deməli, Kreml əmindir ki, zaman Rusiyanın xeyrinə işləyir və Ukraynanın Qərb tərəfdaşları zaman keçdikcə sadəcə yorulacaqlar”, – Börns qeyd edib.
O bildirib ki, ABŞ Ukraynaya hər cür yardı göstərməlidir.