Rusiya Prezidenti Vladimir Putin hərbi vəziyyətin tətbiq olunacağı təqdirdə prezident seçkilərinin keçirilməsi prosedurunu dəyişdirən qanunu imzalayıb.
AzerTimes xəbər verir ki, sənəd rəsmi hüquqi aktlar portalında dərc olunub.
Sənədə əsasən, Mərkəzi Seçki Komissiyasına (MSK) hərbi vəziyyətin qüvvədə olduğu regionlarda və səsvermə Rusiya Federasiyası vətəndaşlarının həyatı və sağlamlığı üçün təhlükə yaratdıqda prezident seçkisini təxirə salmaq hüququ verilir.
MSK həmçinin hərbi vəziyyət zamanı xüsusi seçki prosedurları tətbiq edə və səsvermə vaxtını qısalda bilər.