Rusiya Prezidenti Vladimir Putin sentyabrın 3-də Monqolustana səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiya liderinin rəsmi səfəri Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsuxun dəvəti ilə baş tutacaq.
İki ölkə liderləri hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində Rusiya-Monqolustan münasibətlərinin gələcək inkişaf perspektivlərini müzakirə edəcək, cari beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparacaqlar. İkitərəfli sənədlərin imzalanması planlaşdırılır.