Rusiya Prezidenti Vladimir Putin Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığı aparıb.
AzerTimes xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, danışıq zamanı ticari-iqtisadi əməkdaşlığın müsbət dinamikası vurğulanıb. Energetika sahəsində irimiqyaslı layihələrin ardıcıl həyata keçirilməsinə, beynəlxalq nəqliyyat-logistika infrastrukturunun genişləndirilməsi istiqamətində birgə işlərin görülməsinə qarşılıqlı münasibət bildirilib.
Həmçinin, kosmik sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair razılığa gəlinib.