Rusiya Baş naziri Mixail Mişustin Çinə işgüzar səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya hökumətindən məlumat verilib.
19-20 dekabr tarixlərində baş tutacaq səfər zamanı Mişustin Çin lideri Si Szinpin və Çin Dövlət Şurasının sədri Li Szyanla görüşəcək.