Rusiya Prezidenti Vladimir Putinlə Özbəkistan Prezidenti Şövkət Mirziyayev arasında telefon danışığı baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putin Şövkət Mirziyayevi 65 yaşı münasibətilə təbrik edib. Görüşdə ikitərəfli əməkdaşlığın əsas məsələləri ətrafında fikir mübadiləsi də aparılıb”, – məlumatda qeyd olunub.