Hazırda dünyada gündəm olan 2 mövzu var – qida və enerji böhranı. Və dünya bu böyük böhranların astanasından qayıtdı.
AzerTimes xəbər verir ki, bu sözləri AKP sözçüsü Ömər Çelik taxıl dəhlizi razılaşması ilə bağlı danışarkən deyib.
“Hazırda proses ciddi problem olmadan davam edir. Biz bu münasibətlə Prezidentimizi təbrik edirik. Həmçinin, Soçidə Putin də prezidentimizi təbrik etdi. Türkiyə həmişə diplomatik həll yolları istehsal edən bir mərkəz olub. Buna görə də Türkiyə təqdir olunur”, – Çelik bildirib.