Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin liderlərini qurumun 2024-cü il oktyabrın 8-də keçirilməsi planlaşdırılan sammitinə dəvət edib.
AzerTimes xəbər verir ki, bu barədə Rusuya mətbuatı məlumat yayıb.
“Qeyd etmək istərdim ki, Rusiyanın MDB-də sədrliyinin gərgin proqramına ümumilikdə 150-yə yaxın tədbir daxildir. Əsas olan, əlbəttə ki, 2024-cü il oktyabrın 8-də Moskvada keçirməyi planlaşdırdığımız növbəti MDB sammiti olacaq. Və təbii ki, fürsətdən istifadə edərək, hamınızı orada iştirak etməyə dəvət etmək istərdim”, – Putin bildirib.