Putin mane ola bilməz, Ukrayna üzv olacaq – NATO

Putin mane ola bilməz, Ukrayna üzv olacaq – NATO

Ukraynanın NATO üzvlüyü məsələsi praktiki olaraq həllini tapıb. Alyansın qapıları açıqdır və Rusiyanın onun genişlənməsinə veto qoymaq hüququ yoxdur.

AzerTimes xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq məlumat verib.

“Müttəfiqlər dəfələrlə Ukraynanın Alyansa üzv olacağı ilə razılaşdıqlarını bildiriblər. Sonuncu dəfə NATO-ya üzv olan bütün ölkələr bunu ötən ilin yayında Madriddə keçirilən sammitdə bəyan etmişdilər. Bu, heç bir halda Moskvadan və Putindən asılı deyil”, – Stoltenberq bildirib.

Teqlər: