Putin Makron və Şoltsu buna məcbur edir – Finlandiya

Putin Makron və Şoltsu buna məcbur edir – Finlandiya

Kreml Almaniya və Fransanı hədəfə alıb, onları hibrid hücumlar vasitəsilə Ukraynaya yardımın mənasızlığına inanmağa məcbur edir.

AzerTimes xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Elina Valtonen deyib.

“Böyümək vaxtıdır. Putin yalnız gücü başa düşən diktatordur. Heç kim sülhü Ukraynadan daha çox istəmir. Amma kimsə düşünürsə ki, silah tədarükünü kəsməklə müharibəni dayandırmaq olar, bununla bağlı yalnız bir şey deyə bilərəm: bu, müharibənin bitməsinə səbəb olmayacaq, Ukraynanın sonu olacaq”, – o bildirib.

O qeyd edib ki, gələcəkdə AB ölkələri müdafiəyə NATO-nun ÜDM-in 2%-lik hədəfindən daha çox xərcləməli olacaq.

Teqlər: