Rusiya Prezidenti Vladimir Putin venesuelalı həmkarı Nikolas Maduronu BRİKS sammitinə dəvət edib.
AzerTimes xəbər verir ki, bu barədə Venesuela xarici işlər naziri İvan Gil Pinto X hesabında yazıb.
Qeyd edək ki, BRIKS sammiti oktyabrda Kazanda keçiriləcək.
Bu ilin fevral ayında Maduro Venesuelanın tezliklə BRİKS-ə üzv olacağını açıqlayıb.