Rusiya Prezidenti Vladimir Putin Aİİ iclası zamanı zarafatla Belarus lideri Aleksandr Lukaşenkodan acgözlük etməməyi xahiş edib.
AzerTimes xəbər verir ki, Belarus Prezidenti ölkədə ərzaq təminatından danışaraq, yumurta mövzusunda xüsusi söz açıb.
“Öz istehsalımız hesabına biz daxili tələbatımızı taxıl, donuz əti, quş əti, süd, tərəvəz, bitki yağı – toyuq yumurtasına ödəyirik”, – Lukaşenko qeyd edib.
Putin isə cavab kimi zarafatla ondan acgözlük etməməyi və Rusiyaya bir az yumurta verməsini xahiş edib.