Rusiya lideri Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub.
AzerTimes xəbər verir ki, müzakirə əsasən KTMT-nin iclasına həsr olunub.
“Liderlər KTMT-nin qarşıdan gələn iclasını və iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlığın inkişafını müzakirə ediblər”, – məlumatda qeyd edilib.
Xatırladaq ki, KTMT-nin növbəti toplantısı noyabrda İrəvanda olacaq.