Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında görüş olub.
AzerTimes xəbər verir ki, bu barədə Lukaşenko özü məlumat verib.
“İşgüzar səfər başa çatıb. Rusiya prezidenti ilə bir saata yaxın təkbətək danışdıq”, – məlumatda deyilib.
Qeyd edək ki, bu gün Piterdə MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib.