Rusiya Prezidenti Vladimir Putin xarici işlər naziri Sergey Lavrovu sentyabrda BMT Baş Assambleyasında iştirak edəcək nümayəndə heyətinin rəhbəri təyin edib.
AzerTimes xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat yayıb.
Nümayəndə heyətinin digər üzvləri arasında Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin, Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya və Dövlət Dumanın Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski də var.