Putin Lavrova yeni vəzifə tapşırdı

Putin Lavrova yeni vəzifə tapşırdı

Rusiya Prezidenti Vladimir Putin xarici işlər naziri Sergey Lavrovun başçılığı ilə BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak edəcək nümayəndə heyətinin tərkibinin təsdiq edilməsi barədə fərman imzalayıb.

AzerTimes xəbər verir ki, bu barədə fərman hüquqi məlumatlar rəsmi internet-portalında dərc olunub.

Fərmana əsasən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Verşinin, Federasiya Şurasının Beynəlxalq Əlaqələr komitəsinin sədri Qriqori Karasin, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski və başqaları daxil ediliblər.

Teqlər: