Rusiya Prezidenti Vladimir Putin KTMT üzvlərinin qarşılıqlı fəaliyyəti, o cümlədən bioloji təhlükəsizlik sahəsində təşkilatın nizamnaməsinə dəyişikliklərlə bağlı qanun imzalayıb.
AzerTimes xəbər verir ki, sənəd hüquqi məlumatlar portalında dərc olunub.
“Dördüncü protokol Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin, o cümlədən bioloji təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyət göstərməsini nəzərdə tutur. Bundan əlavə, KTMT Kollektiv Təhlükəsizlik Şurasının qərarı ilə qurumun baş katibinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinin mümkünlüyü müəyyən edilir”, – sənəddə qeyd olunub.