Rusiya Prezidenti Vladimir Putin Krım körpüsündə baş verən yanğından sonra hökumət komissiyasının yaradılması barədə göstəriş verib.
AzerTimes xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Dövlət başçısı fövqəladə vəziyyətlə bağlı Baş nazir Mixail Mişustin, müavini Marat Xusnullin, Fövqəladə Hallar naziri Aleksandr Kurenkovun və nəqliyyat naziri Qennadi Savelyevin habelə, hüquq-mühafizə orqanları rəhbərlərinin məruzələrini qəbul edib.
Hökumət komissiyası fövqəladə vəziyyətin səbəblərini öyrənməli və nəticələrini mümkün qədər tez aradan qaldırmalıdır. Prezident həmçinin, nazirlər Savelyev və Kurenkova fövqəladə vəziyyətin baş verdiyi yerə getməyi tapşırıb”, – Peskov bildirib.