Rusiya Prezidenti Vladimir Putin hamıdan qorxur, ona görə də bunkerdə olur və xoşuna gəlməyən hər kəsdən qurtulmağa çalışır. Buna Putini qovmaq üçün Moskvada kampaniya təşkil etdiyinə görə məcburi müalicəyə göndərilən yakut şaman Aleksandr Qabışevin hekayəsi də sübutdur.
AzerTimes xəbər verir ki, bunu psixoloq Dmitri Popov deyib.
“Vladimir Putin təkcə şamandan qorxmur, o, hamıdan qorxur, əks halda 300 metrlik bunkerdə oturmazdı. Fakt budur ki, Putin bütün diktatorlar kimi öz təhlükəsizliyinə çox ciddi yanaşır. Rusların 90%-nin həyat səviyyəsi çox da arzuolunan deyil. Onlardan bəziləri Putindən bunun səbəbini soruşmağa cəhd edə bilər. Ona görə də o, hamıdan qorxur”, – o bildirib.