Rusiya Prezidenti Vladimir Putin Pxenyanda “Aurus” avtomobilini sürüb və Şimali Koreya lideri Kim Çen İni gəzdirib.
AzerTimes xəbər verir ki, hər iki lider avtomobillə Kımsuan iqamətgahına yollanıb.
Putin avtomobilə yaxınlaşan zaman köməkçisi arxa qapını açıb, lakin prezident sükan arxasına əyləşmək istədiyini deyib. Kim Çen İn də ön oturacaqda onun yanında əyləşib.
Qeyd edək ki, Putin Kim Çenə “Aurus” hədiyyə edib.