Rusiya Prezidenti Vladimir Putin M-12 “Şərq” magistralında “KamAZ” yük maşınını idarə edib.
AzerTimes xəbər verir ki, Rusiya Baş nazirinin müavini Marat Xusnullin də “KamAZ”da əyləşib.
Yola düşməzdən öncə Putin zarafatyana şəkildə Xusnullinə pulunun olub-olmadığını soruşub, müsbət cavab aldıqdan sonra yola düşüblər.
Putin “KamAZ”la ilə yeni M-12 “Şərq” şosesi ilə hərəkət edib. O, magistralın çoxfunksiyalı zonasında yerləşən kafedə logistika avtomobil şirkətlərinin rəhbərləri və yük maşını sürücüləri ilə görüş keçirib.