Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyanın daxili işlər naziri postunu tuta bilər.
AzerTimes xəbər verir ki, bu barədə Kremlə yaxınlığı ilə tanınan rusiyalı biznesmen Konstantin Malofeyevə məxsus “Çarqrad” televiziyası məlumat yayıb.
Məlumata görə, “Krokus Siti Holl”da baş vermiş terror aktı və sonradan miqrantların saxlanması Rusiya Daxili İşlər Nazirliyinin rəhbəri postunda rotasiyaya səbəb ola bilər:
“Vladimir Kolokoltsevi əvəz etmək üçün bir neçə nəfər mübarizə aparır. Ramzan Kadırovun bu posta mümkün təyinatı birmənalı qiymətləndirilir. Bir tərəfdən onun sərt rəhbərliyi böhran vəziyyətlərində təsirli ola bilər. Digər tərəfdən isə Kadırovun federal struktura rəhbərlik etmək təcrübəsi yoxdur”.
Materialda başqa adlar da qeyd olunub. Xüsusilə, DİN-in rəhbəri postuna mümkün namizədlərdən biri də Federal Penitensiar Xidmətin direktoru Arkadi Qostevdir. O, əvvəllər Daxili İşlər Nazirliyinin strukturlarında işləyib, 2012-2021-ci illərdə daxili işlər nazirinin müavini vəzifəsində çalışıb. Rusiya prezidentinin keçmiş köməkçisi və Yaroslavl vilayətinin sabiq qubernatoru Dmitri Mironovun da adı mümkün namizədlər sırasında hallanıb.