Rusiya Prezidenti Vladimir Putin yaxın həftələrdə Şimali Koreya və Vyetnama səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Vedomosti” diplomatik mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Vyetnama səfər elə iyun ayında, KXDR-ə səfərdən dərhal sonra baş tuta bilər.
Rusiyanın Şimali Koreyadakı səfiri Aleksandr Matseqora bu istiqamətdə fəal iş aparıldığını təsdiqləyib.