Rusiya-Ukrayna müharibəsindən 6 ay keçsə də, işğalçılar məqsədlərinə nail ola bilməyiblər. Hələ aprel ayında Rusiya rəhbərliyi bütün ölkəni ələ keçirmək ideyasının uğursuz olduğunu anladı.
AzerTimes xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.
“Bu gün Ukraynanın müstəqilliyinin 31-ci ildönümüdür. 2014-cü ildən bəri Putin Rusiyanın Ukraynada təsirini gücləndirmək və möhkəmləndirmək, onun suveren işlərinə qarışmaq üçün güc və məcburi diplomatiyanın birləşməsindən istifadə etməyə çalışıb. Altı ay əvvəl Rusiyanın əsas məqsədləri hökuməti devirmək və ölkənin böyük hissəsini işğal etmək idi. Lakin bir neçə ay əvvəl Rusiya komandanlığı bu məqsədindən vaz keçdi. Apreldə Rusiya liderləri bunun uğursuzluğa düçar olduğunu başa düşdülər və Ukraynanın şərqində və cənubunda daha “təvazökar” hədəflərə qayıtdılar. Onlar Donbasdakı hücumdan minimal irəliləyiş əldə edirlər. Hazırda Rusiya Ukraynanın böyük əks-hücumunu gözləyir və Rusiyada kadr, döyüş sursatı, texnika çatışmır”, – məlumatda deyilir.