Rusiya Prezidenti Vladimir Putin İrəvana səfər etməyə hazırlaşır.
AzerTimes xəbər verir ki, bununla bağlı Rusiya xarici işlər naziri Sergey Lavrov və erməni həmkarı Ararat Mirzoyan arasında Moskvada baş tutan görüşdə müzakirə aparılıb.
Tərəflər həmçinin KTMT-nin İrəvanda baş tutacaq iclası ilə də bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, erməni nazir Moskvada səfərdədir.