Putin İrəvana nə aparır? – Yevseyev

Putin İrəvana nə aparır? – Yevseyev

Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfəri sözsüz ki, dünyanın diqqət mərkəzində olacaq. Bunu demək üçün tədbirə akkreditə olunmuş Qərb mətbuatının sayını görmək kifayət edir. Burada maraqlı olan bir şey var: Putin Ermənistana nə ilə gedir?

AzerTimes xəbər verir ki, bu fikirləri tanınmış rusiyalı politoloq, hərbi analitik Vladimir Yevseyev Ermənistan mətbuatına açıqlamasında bildirib.

“Bu görüşdən gözləntilər çoxdur. Proqnozlara əsasən KTMT-nın tədbiri zamanı çox mühüm qərarlar veriləcək. Amma şəxsən mən belə düşünmürəm, çünki Putin ilə Ermənistan Baş naziri Nikol Paşinyan artıq hər şeyi detallara qədər müzakirə edib. Məncə, “bomba” effektli bəyanatlar olmayacaq. Hər şey sakitçə keçəcək. Putin bu tədbirdə də Qərbə qarşı olan fikirləri ilə yadda qalacaq. Nə KTMT, nə Bakı, nə də İrəvanla bağlı mühüm dəyişiklik olacaq”, – deyə o qeyd edib.

Qeyd edək ki, Putinin 22 noyabrda İrəvana səfər edəcəyi gözlənilir.

Teqlər: