Rusiya Prezidenti Vladimir Putin Almaniya ilə əməkdaşlığa səmimi inanırdı, lakin bu, Almaniyanın keçmiş kansleri Angela Merkelin münasibəti ilə üst-üstə düşmürdü.
AzerTimes xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Putin həqiqətən də münasibətlərdə konstruktiv, bərabərhüquqlu, qarşılıqlı-faydalı yanaşmaya ümid edirdi. Və o hesab edirdi ki, əməkdaşlıq vasitəsilə sabitliyə nail olmaq və bu cür geosiyasi risklərdən sığortalanmaq olar. Və bunun üçün hər şeyi etdi”, – Peskov bildirib.