Putin ilhaq edilmiş vilayətlərə rəhbərlər təyin etdi

Putin ilhaq edilmiş vilayətlərə rəhbərlər təyin etdi

Putin “dxr” və “lxr”ə, eləcə də Xerson və Zaporojye vilayətlərinə müvəqqəti rəhbərlər və qubernatorlar təyin edib.

AzerTimes xəbər verir ki, sözügedən sənəd hüquqi məlumatlar portalında yerləşdirilib.

Putinin imzaladığı fərmana əsasən, Denis Puşilin “dxr”in, Leonid Paseçnik “lxr”in müvəqqəti rəhbərləri, Yevgeni Balitski Zaporojye vilayətinin, Vladimir Saldo isə Xerson vilayətinin müvəqqəti qubernatorları təyin ediliblər.

Teqlər: