I Pyotr ölkəyə böyük dəniz dövləti statusu qazandırdı.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Burada, qədim Neva və əfsanəvi Kronştadt sularında bizim əsas dəniz paradımız keçirilir. I Pyotr donanmanın və Rusiya dövlətinin tarixini ayrılmaz şəkildə əbədi olaraq birləşdirdi”, – Putin bildirib.
Onun sözlərinə görə, I Pyotrun hakimiyyəti dövründə Rusiya böyük dəniz dövləti statusu əldə etdi və dünya nüfuzu qazandı.