Putin Hitlerin 1943-cü ildəki vəziyyətinə düşüb

Putin Hitlerin 1943-cü ildəki vəziyyətinə düşüb

Rusiya Prezidenti Vladimir Putin nasist diktator Adolf Hitlerin 1943-cü ildəki vəziyyətinə düşüb. Hitler həmin vaxt müharibəni uduzmuşdu, ancaq savaşın başa çatmağına hələ çox vardı.

AzerTimes xəbər verir ki, bu sözləri Avropa Komissiyasının vitse-prezidenti Frans Timmermans deyib.

“Rusiya hazırda beynəlxalq arenadan tam təcrid olunub. Sanksiya güclü təsir edir. Müharibə üçün isə çoxlu pul lazımdır. Putin artıq uduzub. O, ukraynalıların dözümlülüyü ilə bağlı səhv etdi. Çünki kimsə ona tam həqiqəti deyə bilmir – o cümlədən, korrupsioner zabitlərin çökdürdüyü ordunun vəziyyətini də deyən yoxdur”, – Timmermans bildirib.

O xatırladıb ki, 1943-cü ilin sonuna yaxın Hitler artıq müharibəni uduzmuşdu, ancaq savaş iki il də davam etdi.

Onun sözlərinə görə, Rusiya yalnız Avropanın döyüş meydanından kənarda olmadığını anladığı təqdirdə siyasi kursunu dəyişə bilər:

“Biz öz sıralarımızı sıx tutmalı, amerikalılarla cəbhəni saxlamalı və Ukraynaya maddi və hərbi dəstək verməyə davam etməliyik”.

Teqlər: