Rusiya Prezidenti Vladimir Putinlə Hindistanın Baş naziri Narendra Modi arasında telefon danışığı baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Tərəflər telefon danışığı zamanı bir-birinə qarşıdan gələn seçkilərdə uğurlar arzulayıblar.
Onlar Ukrayna ətrafındakı vəziyyəti və digər beynəlxalq mövzuları da müzakirə ediblər.
N.Modi V.Putinlə danışıqlarda Hindistanın Rusiyanın BRİKS-də sədrliyinin məqsəd və vəzifələrinin həyata keçirilməsinə töhfə vermək niyyətində olduğunu da qeyd edib.