Qərbin Ukraynaya dəstəyi azalmır.
AzerTimes xəbər verir ki, bu sözləri Estoniyanın paytaxtı Tallində səfərdə olan Almaniya kansleri Olaf Şolts deyib.
O bildirib ki, Rusiyanın Ukraynadakı müharibəsi anlamsızdır və qoşunlarını çəkməlidir.
Kansler alyansın şərq cinahının müdafiəsinin vacibliyini vurğulayıb, Rusiyanın onu zəiflədə bilməyəcəyini söyləyib:
“Putin öz hesablamalarında yanıldı. O, NATO-nu zəiflətməyə çalışdı, lakin bunun əksinə nail oldu”.