Putin həlledici zərbəyə hazırlaşır – Zelenski də etiraf etdi ki…

Putin həlledici zərbəyə hazırlaşır – Zelenski də etiraf etdi ki…

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı işğalçı müharibənin başlandığı tarixə – 24 fevrala qədər genişmiqyaslı hücuma hazırlaşır. Putin bu tarixə qədər müharibədə dönüş yaratmağa çalışır. Çünki Putin anlayır ki, onu dəstəkləyən rusların müharibənin uzanmasından narazılıqları artır.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, 24 fevraldan sonra müharibənin ikinci ili başlacaq və rusların “müharibə nə zaman bitəcək” sualı getdikcə aktuallaşacaq.

“Putinin tələsməsinin bir başqa səbəbi də var. Putin fevralın sonuna qədər müharibədə həm də ona görə dönüş yaratmaq istəyir ki, Qərb ölkələrinin Ukraynaya vəd etdikləri hərbi texnika və tanklar müharibə zonasına çatdırıla bilməsin. Çünki Ukrayna Qərb ölkələrindən yüzlərlə tank və uzaqmənzilli raketlər, o cümlədən artileriya qurğuları əldə edərsə, müharibənin gedişini öz xeyrinə dəyişə bilər. Kreml Qərbi qabaqlamaq istəyir. İndiki halda Rusiya Ukraynada işğal ərazisini genişləndirmək məqsədilə 500 minlik qoşun toplayıb.

Vəziyyətin mürəkkəb olduğunu Ukrayna Prezidenti Vladimir Zelenski və müdafiə naziri Aleksey Reznikov da etiraf ediblər”.

Politoloqun sözlərinə görə, Qərb ölkələri yenə ləng tərpənirlər:

“Qərb ölkələri içərisində elələri də var ki, Kiyevə hərbi yardım vədi vermələrinə baxmayaraq, Ukraynanın məğlubiyyətini gözləyirlər. Belə dövlətlərin məqsədi Rusiya ilə keçmiş əlaqələri bərpa etməkdir”.

Teqlər: