Putin “Hələb qəssabı”na iyunun 10-na kimi vaxt verib

Putin “Hələb qəssabı”na iyunun 10-na kimi vaxt verib

İşğalçıların çoxlu qüvvəsi “Hələb qəssabı” ləqəbli general Aleksandr Dvornikovun iki tapşırığı yerinə yetirməsi üçün göndərilir.

AzerTimes xəbər verir ki, bunu Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.

“Dvornikova ya iyunun 10-dək Severodonetski tamamilə ələ keçirmək, ya da Lisiçansk-Baxmut magistral yolunu tamamilə kəsib nəzarət altına almaq tapşırığı verilib. Ona görə də, rusların bütün qüvvələri bu iki tapşırığı yerinə yetirmək üçün cəmləşib”, – Qayday bildirib.

Qeyd edək ki, “Nyu York Tayms” qəzeti Donbasdakı uğursuzluqları səbəbindən general Aleksandr Dvornikovun vəzifəsindən qovulduğunu yazmışdı.

Teqlər: