Rusiyanın hərbi doktrinasında nüvə silahından mümkün istifadənin iki səbəbi göstərilir.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubundakı çıxışında deyib.
“Birincisi – bizə qarşı istifadə olunmasıdır. Yəni, cavab olaraq əks-zərbə… İkincisi isə Rusiya dövlətinin mövcudluğuna təhlükə yaranarsa… Əgər bizə qarşı hətta adi silahlardan istifadə edilərsə və Rusiyanın mövcudluğu təhlükəsi altına düşərsə…” – deyə Kreml rəhbəri bildirib.