Putin həbs olunmaqdan qorxdu, bu ölkəyə getmədi

Putin həbs olunmaqdan qorxdu, bu ölkəyə getmədi

Rusiya Prezidenti Vladimir Putin Meksikanın yeni seçilmiş Prezidenti Klaudiya Şeynbaumun andiçmə mərasiminə qatılmayacaq.

AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Latın Amerikası Departamentinin direktoru Aleksandr Şetinin deyib.

Şetinin Putinin imtinasının səbəblərini açıqlamayıb, lakin əlavə edib ki, Moskva mövcud protokol praktikasına və Rusiya liderinin üzərinə düşən öhdəliklərə uyğun davranır.

Bəzi ekspertlər hesab edir ki, Ukrayna Roma Statutunu imzalayan Meksikadan Kreml rəhbərinin bu ölkəyə gələcəyi təqdirdə həbs olunmasını xahiş edib və Putin bu səbəbdən Meksikaya getməkdən ehtiyat edir.

Teqlər: